Modern.az

Himayədar ailələrin tətbiqi müsbət haldır - Deputat

Himayədar ailələrin tətbiqi müsbət haldır - Deputat

Parlament

27 Aprel 2023, 16:14

Azərbaycanda himayədar ailələrin tətbiqi müsbət haldır. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova bildirib. 

 

O qeyd edib ki, himayədar ailələrin olması ölkədə valideynlərini itirmiş, valideyn qayğısından məhrum olmuş uşaqların himayə olunmasında yaxşı rol oynayacaq:

 

"Qeyd edim ki, bizim ölkədə bu qayda geniş vüsət almasa da, xaricdə çox yayılıb. Qonşu Türkiyədə də bu hal ilkin olaraq çox müşahidə olunmasa da, indi himayədar ailələrin sayı çoxalıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi