Modern.az

Yoxlamalar niyə uzun çəkir? – Səbəb açıqlandı

Yoxlamalar niyə uzun çəkir? – Səbəb açıqlandı

4 May 2023, 12:48

“Sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri sahibkarların elektron bazalarının az olmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.

 

“Bu da müəyyən problemlərə səbəb olur. Belə ki, sahibkarların 65%-də kompüter varsa, 35%-də yoxdur. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur”,- deyə komitə sədri bildirib.

 

Qeyd edək ki, deputat Məşhur Məmmədov sahibkarlıq sahəsində yoxlamalarının uzun aparılması ilə bağlı iradların olduğunu söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi