Modern.az

Büdcəyə dəyişiklik BU TARİXDƏ müzakirə olunacaq

Büdcəyə dəyişiklik BU TARİXDƏ müzakirə olunacaq

Parlament

31 May 2023, 09:50

Milli Məclisin növbədənkənar sessiyasının ilk komitə iclasının vaxtı məlum olub.

 

Modern.az xəbər verir ki, iyunun 2-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

 

İclasda 2023-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklər müzakirə olunacaq. 

 

Qeyd edək ki, bu gün parlamentin yaz sessiyası üzrə sonuncu plenar iclası keçiriləcək. İclasın gündəliyinə 14 məsələ daxil edilib. 

 

Bundan əlavə, Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi üçün spikerə müraciət ünvanlayıb. Deputatların imzaladığı müraciət parlamentin sədri Sahibə Qafarovaya təqdim edilib. 

Bu xəbər ilə bağlı
Deputatlar spikerə müraciət etdi - Növbədənkənar sessiya ÇAĞIRILIR
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi