Modern.az

“Atamın ruhu”, “Qara kabus”, “Qeyrət və Xəyanət” - Kitab yazan deputatlar 

“Atamın ruhu”, “Qara kabus”, “Qeyrət və Xəyanət” - Kitab yazan deputatlar 

Parlament

9 İyun 2023, 09:55

Azərbaycan parlamentində təmsil olunan deputatlardan bəziləri siyasi fəaliyyətlə yanaşı, digər bacarıqlara da sahibdirlər. Məsələn, onların arasında həkim, iqtisadçı, musiqiçi, şair və yazarlara rast gəlmək olar. Müşahidələr göstərir ki, son vaxtlar parlament üzvləri daha çox kitab yazmağa həvəslidirlər. 

 

Modern.az oxucuların marağını nəzərə alaraq Milli Məclisin kitab yazan deputatları ilə bağlı araşdırma aparıb.

 

Araşdırmanın ikinci  hissəsini təqdim edirik:

 

Deputat Rəfael Hüseynov yazıçı, publisist, tərcüməçi, həm də mətnşünasdır. Onun “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa”, “Millətin zərrəsi”, “Məhsəti Gəncəvi-özü, sözü, izi”, “Əbədi Cavid”, “Cavidlər”, "Yurdun adındakı can", "Hamısı ulduz", "Sözün meracı" daxil olmaqla 80-dən çox kitabı çapdan çıxıb.

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabçanın müəllifidir. Onun 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə Sankt-Peterburqda "Prezident-Reformator" monoqrafiyaları nəşr olunub.

 

Neftçalanın deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı tanınmış qələm ustadlarından biridir. Xalq şairi olan deputat "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və digər şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemalarının, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanları kimi 60-dan çox kitabın müəllifidir.

 

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərlinin bioqrafiyasında qeyd edilib ki, o, 46 kitabın, həmçinin "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilib. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.

 

Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi əsər yazıb. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 500-dək elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 31 dərsliyin və dərs vəsaitinin müəllifidir. O, tibb sahəsində bir çox kitablar yazıb, əsərləri müxəlif dillərə tərcümə edilib. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalə dərc edib.

 

Deputatlar Sadiq Qurbanov 2 kitabın, Bəhruz Məhərrəmov 1 monqorafiya, 3 kitab, 7 tədris proqramının, Elman Nəsirov 10-a yaxın kitabın müəllifidir. Tibb elmləri doktoru Rəşad Mahmudovun Azərbaycanda və xarici ölkələrdə 3 kitabı nəşr edilib.

 

Tarixçi alim, deputat Anar İsgəndərovun 20 monoqrafiyası, 8 dərs vəsaiti çapdan çıxıb. O, Azərbaycan Xalq Cümhuriyyəti, 1918-ci il mart qırğınları və həmin dövrlə bağlı bir neçə kitab, deputat Rüfət Quliyev isə 300-ə yaxın elmi əsər və məqalə (o cümlədən 7 monoqrafiya, 4 dərslik, 3 broşüra) qələmə alıb.

 

Tarixçi Musa Qasımlı isə Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 50-dən çox kitabın müəllifidir. Onun “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi”, “Azərbaycanın xarici siyasəti”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri”, “Xarici dövlətlər və Azərbaycan” kitabları işıq üzü görüb. Bundan başqa, professor Musa Qasımlı “I Dünya Müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti” adlı üçcildliyinin, Elmira Hüseynova və Cavid Hüseynovla müştərək qələmə alınmış “Xarici işlər nazirləri” və “Azərbaycan baş nazirləri” kitablarının da müəllifidir.

 

Novruzəli Aslanov 10 ədəbi, elmi-kütləvi kitab yazıb. Onun əsərləri arasında daha çox oxucu auditoriyasına malik olan "Humanitar diplomatiya", "Mərhəmətin ünvanı", "Mənim düşüncələrim", "Qızıl Aypara dünən, bügün, sabah" bu və ya digər, "Xeyir və Şər", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında", "Bir daha insan haqqında", "İnsan və onun möcüzəli dünyası", "Əbədi həyat və möcüzəli varlıq" kimi kitabları qeyd edə bilərik.

 

4 çağırış deputat olan Aqil Abbas ölkə üzrə məşhur yazarların ilk sırasında yer alır. O, "Evləri köndələn yar", "Ən xoşbəxt adam", "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu", "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" kimi 10-dan çox kitab nəşr etdirib.

 

Milli Məclisin saytında qeyd olunub ki, spiker Sahibə Qafarova bir neçə dərslik, dərs vəsaiti, monoqrafiyanın müəllifidir. Deputat Tahir Rzayev 21 kitab və elmi məqalə, Jalə Əliyeva 5 monoqrafiya, 2 dərs vəsaiti, Nurlan Həsənov 2 kitab, Elşad Mirbəşir 3 monoqrafiya, 1 dərslik, 6 tədris proqramı, Nizami Səfərov xarici ölkələrdə nəşr edilən 5 monoqrafiya, Sevinc Hüseynova 1 monoqrafiya yazıb.

 

Deputat Arzu Nağıyev "Qara kabus", “1001 günün siyasəti” kitablarının müəllifidir. O, 10-a yaxın bədii və sənədli kitab yazıb. Qənirə Paşayevanın isə “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Səndən sonra”, “Türk ruhunun söz bayrağı” adlı kitabları çapdan çıxıb.

 

Şəxsi bioqrafiyalarında qeyd olunan məlumata görə, deputatlar İmamverdi İsmayılovun və Bəxtiyar Sadıqovun bir neçə kitabı, Mahir Abbaszadənin iki, Ülviyyə Ağayevanın bir monoqrafiyası, Əli Məsimlinin üç kitabı, Aqiyə Naxçıvanlının isə 3 monoqrafiya, 8 kitabı çapdan çıxıb.

 

Bəxtiyar Sadıqov “Qeyrət və Xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan”, “Ömrün söz yadigarı”, “Xilaskar İlham Əliyev” kitablarının müəllifidir. Ceyhun Məmmədov isə bir neçə kitab yazıb, onlardan biri “Cəmiyyət, şəxsiyyət, təhsil, din” əsəridir.

 

Kamilə Əliyeva 100-dən çox elmi əsərə müəlliflik edib. Onlardan bəzilərini təqdim edirik: “Genetika və təkamül təlimi ensiklopedik lüğəti”, “Genetika”, “Tibbi genetika”, “Fərdi inkişafın biologiyası”, “Azərbaycanda molekulyar-genetik tədqiqatlar”.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan deputat Nizami Cəfərovun 50-ə yaxın kitabı nəşr edilib. "Azərbaycan mədəniyyəti məsələləri", "Azərbaycanşünaslığa giriş", "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları", "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət", "Azərbaycanşünaslıq məsələləri", "Heydər Əliyev və Azərbaycan", "Azərbaycanşünaslığın əsasları", "Atatürkün Azərbaycan siyasəti", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" və digər kitablar Nizami Cəfərova məxsusdur. 

 

Səməd Seyidov isə 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların müəllifidir.

 

Araşdırmanın birinci hissəsi: Deputatların yazdıqları kitablar: “Qara Duman”, “Tanrı şam yandırıb”…  

 

Modern.az Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB