Modern.az

“Ovçuluq haqqında” qanuna dəyişiklik edilir

“Ovçuluq haqqında” qanuna dəyişiklik edilir

Parlament

19 Sentyabr 2023, 11:14

Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyində 3 məsələnin müzakirəsi yer alıb.

 

İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.

 

İclasda həmçinin “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?