Modern.az

15 oktyabr Azərbaycan Günü elan edilsin - Parlamentdə TƏKLİF

15 oktyabr Azərbaycan Günü elan edilsin - Parlamentdə TƏKLİF

Parlament

17 Oktyabr 2023, 12:02

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Gününün qeyd olunması təklif olunub.

 

Modern.az xəbər verir ki, müvafiq təkliflə deputat Kamal Cəfərov çıxış edib.

 

O, 15 oktyabrın Azərbaycan Günü elan edilməsi təşəbbüsünü irəli sürüb.

 

“Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan Günü elan edilsin, bayram olsun. Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”, - deyə deputat vurğulayıb.

 

Xatırladaq ki, oktyabrın 15-də prezident İlham Əliyev separatçılardan azad edilmiş Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaldıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri