Ölkədə erkən nikahlar və təhsildən yayınanlar qızların sayı çoxluq təşkil edir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova deyib.
O qeyd edib ki, regionlarda alimentlə bağlı qəbula gələn qadınların təxminən 50 %-nin rəsmi nikahı yoxdur.
"Qeyd edim ki, bu da aliment məsələsində ciddi problemlərə gətirib çıxarır. Hesab edirəm ki, parlamentdə keçirilən dinləmələrin gündəminə bu məsələ daxil edilsə, yaxşı olar”, - deyə deputat bildirib.