Modern.az

Hadi Rəcəbli oruc tuturdu, Həccə getmək arzusunda idi... - FOTO

Hadi Rəcəbli oruc tuturdu, Həccə getmək arzusunda idi... - FOTO

Parlament

17 Aprel 2024, 09:33

Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu gün səhər saatlarında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, mərhumun ailə üzvləri onun ürəktutmasından vəfat etdiyini bildiriblər.

Qeyd edək ki, Hadi Rəcəbli sonuncu geniş müsahibəsini Modern.az-a vermiş və arzularını dilə gətirmiş, Həccə getmək istədiyini bildirmişdi.

H.Rəcəbli 90-cı illərin sonlarında mərhum dövlət başçısı Heydər Əliyevlə birgə Ümrə ziyarətinə getmiş, Kəbədə olmuşdu. Lakin bu, Həcc ziyarəti sayılmadığından, sabiq deputat İslam təqvimi ilə zilhiccə ayında Məkkəyə getmək istəyirdi.

H.Rəcəbli Modern.az-a bir neçə gün öncəki açıqlamasında builki Ramazan ayında oruc tutduğunu bildirmiş, bunun səhhətinə mənfi təsir etdiyini söyləmişdi.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!