Modern.az

"Hadi Rəcəbli dost qədri bilən insan idi"- Komitə sədri

Parlament

17 Aprel 2024, 11:21

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

 

O, sonuncu dəfə Modern.az-a müsahibəsində Milli Məclisin bir neçə deputatı ilə daha mütəmadi əlaqədə olduğunu bildirmişdi.  Onların içərisində hazırda Milli Məclisin komitə sədri olan Musa Quliyev də vardı.

 

Modern.az Hadi Rəcəblinin vəfatı ilə əlaqədar komitə sədri Musa Quliyevlə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında komitə sədri bildirib ki, Hadi Rəcəblinin qəfil ölümü onu sarsıdıb:

 

"Professor Hadi Rəcəblinin qəfil ölüm xəbəri bütün dostları kimi məni də sarsıtdı. Bu, məni olduqca kədərləndirir. Hadi müəllim ömrü boyu Azərbaycan dövlətinə və xalqına xidmət etmiş, ləyaqətli insan ömrü yaşamış ziyalı dostumuz idi. Gənc yaşlarından əmək cəbhəsinə atılmışdı. Gənc yaşlarından partiya, komsomol, dövlət işlərində çalışaraq həyat yolu keçmişdi. Müstəqil Azərbaycanda isə qaçqın və məcburi köçkünlərin işi ilə bağlı Nazirlər Kabinetində şöbə müdiri olmuşdu və ən ağır sahələrdə çalışmışdı.1995-ci ildən sonra Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri vəzifəsifəsində uzun illər çalışmış və müstəqil Azərbaycanın sosial siyasət, əmək qanunvericiliyinin yaranıb formalaşmasında, təkmilləşməsində böyük rolu olub".

 

Musa Quliyev Hadi Rəcəblinin şəxsi keyfiyyətlərindən də bəhs edib:

 

"Hadi müəllim olduqca ünsiyyətcil, dost qədri bilən insan idi. Hər zaman dövlətçilik xəttindən çıxış edən, cənab Prezidentin, ümumilli lider Heydər Əliyevin siyasi kursunu ürəkdən dəstəkləyən Yeni Azərbaycan Partiyasının bir üzvü kimi fəallıq göstərib. İctimai siyasət cəhətdən olduqca fəal şəxs idi. Parlamentdə olmayan vaxtda da  onunla tez-tez görüşüb söhbətləşirdik və məsləhətləşirdik. Hesab edirəm ki, Hadi müəllimin qəfil ölümü ilk növbədə onun ailəsi, yaxınları dostları, bütövlükdə isə Azərbaycan cəmiyyəti üçün böyük itkidir. Allah ona qəni-qəni rəhmət eləsin! Onun ailə üzvlərinə, əzizlərinə başsağlığı verirəm. Hesab edirəm ki, Hadi müəllimin irsi yaşayacaq. Onun gözəl ailəsi, adını, soyadını daşıyan gözəl nəvəsi var. Hesab edirəm ki, Hadi müəllimin xatirəsi qəlbimizdə əbədi yaşayacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi