Modern.az

Fazil Mustafa: Azərbaycanda "beşinci kolon" yox, "cəhalət kolonu" var

Fazil Mustafa: Azərbaycanda "beşinci kolon" yox, "cəhalət kolonu" var

Parlament

24 Oktyabr 2024, 17:22

“Ölkədə bəzi insanlar Allahı qorumaq missiyasını üzərinə götürüblər".

 

Bunu Modern.az-a geniş müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

 

O qeyd edib ki, insanlar özünü tərbiyələndirə, islah edə bilmir, ancaq kimsə dini məsələ ilə bağlı fikir səsləndirəndə həmin adamı dini tərəfindən qınamağa, söyməyə, döyməyə başlayırlar.

 

Deputat vurğulayıb ki, insan bir sahədə peşəkar olanı dinləməyi bacarmalıdır:

 

“Təəssüf ki, biz bunu bacara bilmirik. Biz də "beşinci kalon" və digər qüvvələr yoxdur, yalandan bəzən şişirdirlər. Biz də bir dənə “cəhalət kalonu” var. Bu kalon Azərbaycanın gələcəyi üçün çox böyük təhlükədir və başqa yerdən idarə olunur. Bizim müstəqilliyimiz, ərazi bütövlüyümüz tam təmin olunub. Amma dini müstəqilliyimiz tam təmin olunmayıb. Bizə də ən böyük zərbə bu hissədən gələ bilər. Ona görə də bu sahədə ciddi işlər görməliyik ki, əhalini “sel basmasın”.

 

Müsahibəni yaxın zamanda saytımızda oxuya bilərsiniz. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər