Modern.az

Tullantılarla bağlı cərimələrin artırılmasının tərəfdarıyam - Fazil Mustafa

Tullantılarla bağlı cərimələrin artırılmasının tərəfdarıyam - Fazil Mustafa

Parlament

27 Oktyabr 2024, 15:06

“Tıxac və parklanma, eyni zamanda digər nəqliyyatla bağlı cərimələrin tətbiqinə münasibətim əslində müsbət deyil. Çünki vətəndaş hədsiz dərəcədə əziyyətə salınır. Vətəndaşın yaşam şərtləri, vəziyyəti nəzərə alınmalıdır. Amma bəzi cərimələrin, eyni zamanda tullantılarla bağlı cərimələrin artırılmasının tərəfdarıyam. Ona görə ki, bu sırf mədəni komponentlə, məsuliyyətsizliklə bağlıdır”.

 

Bunu Modern.az-a geniş müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

 

“Biz cəmiyyətə maariflənmə ilə bunu öyrədə bilmiriksə, cərimələrin tətbiqinə məcbur oluruq. Aksizlər məsələsinə də diqqət etsək görərik ki, ölkəmizdə əsasən aksizlərin artırılması zərərli vərdişlər yaradan siqaretə, spirtli içkilərə tətbiq olunur. Bunun əsas səbəbi həmin vərdişlərin azaldılmasıdır və kifayət qədər də müsbət nəticələr verir. Bu mövzuda cərimələr də o funksiyanı yerinə yetirəcək. Biz düşünmürük ki, insaların 10 manatı var deyə zibil atır, 100 manat olsa, atmayacaq. Cərimələri də bir-birindən ayırmaq lazımdır. Zəruri cərimələr, məsuliyyətə cəlb edən cərmələr və şərait olmadığı halda tətbiq olunan cərmələr. Hansı ki, sən vətəndaşını yaxşı yol infrasturukturu ilə təmin etməmisən, amma onu tıxac yaratdığı üçün cərimələyirsən”, - deyə o vurğulayıb.

 

Deputat cərimələr artırıldıqdan sonra cərimələnmədiyini də qeyd edib:

 

“Mən məsuliyyətli vətəndaşam. Ona görə də cərimələnməmişəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər