Modern.az

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai DİNLƏMƏ

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai DİNLƏMƏ

Parlament

2 Dekabr 2024, 11:32

Dekabrın 2-də Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ictimai dinləmə keçirilir.

Modern.az xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda təşkil olunan ictimai dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri iştirak edirlər.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli bildirib ki, parlamentdə təkcə 2023-cü ildə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə ictimai dinləmə keçirilib. Bu dinləmələr Milli Məclisin müxtəlif komitələri tərəfindən təşkil edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış