Modern.az

Bələdiyyələrin gəlirləri informasiya sistemində əks olunacaq  

Bələdiyyələrin gəlirləri informasiya sistemində əks olunacaq  

Parlament

10 Dekabr 2024, 11:44

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA