Modern.az

Azərbaycanda həkimlərin reklamı qadağan oluna BİLƏR

Azərbaycanda həkimlərin reklamı qadağan oluna BİLƏR

Parlament

3 Fevral 2025, 12:33

Milli Məclisin plenar iclasında Reklam haqqında qanuna dəyişiklik edilməsi təklif olunub.

Modern.az-ın məlumatına görə, sözügedən təkliflə deputat Musa Quliyev çıxış edib.

O bildirib ki, tibbi xidmətlərin reklam edilməsinin əleyihinə deyilik.

"Amma tibbi etika qorunmalıdır. Plastik cərrahiyyə, mədəkiçiltmə reklamları son dövrlər baş verən əməliyyatlarda ağırlaşmalara, ölümlərə  təsir edir. Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur. Bir nömrəli həkim, dünyaca məşhur həkim kimi təqdim etmək doğru deyil. Reklam haqqında qanuna dəyişiklik edilsin. Nəyi reklam etmək olarsa, təsbit olunsun. Şəxsi reklam etmək, həkimin sponsor olması dünyanın hər yerində qadağandır. Bizdə də qadağanm olunmalıdır", - deputat qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü