Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 12 məsələ daxil edilib.
Modern.az-ın məlumatına görə, uzun müddətdir səhhəti ilə bağlı iclaslara qatılmayan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da plenar iclasda iştirak edir.
Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib. Ondan sonrakı 7 iclasa, həmçinin komitə iclaslarına qatılmayıb. Onu komitədə sədr müavini Nurlan Həsənov əvəzləyib.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Siyavuş Novruzovun idman zamanı xəsarət alması barədə xəbərlər yayılmışdı.