Modern.az

Mahir Süleymanlı seldən əziyyət çəkmiş şabranlılarla görüşdü

Mahir Süleymanlı seldən əziyyət çəkmiş şabranlılarla görüşdü

Parlament

25 Aprel 2025, 15:24

Milli Məclisin deputatı Mahir Süleymanlı 25 aprel tarixində Şabran rayonunun Qorğan kəndində növbəti vətəndaş qəbulu keçirib. 


Modern.az xəbər verir ki, görüş zamanı sakinlərin bir sıra məsələlə bağlı müraciətləri dinlənilib. Həlli yerində mümkün olan məsələlər operativ şəkildə aradan qaldırılıb. Digər müraciətlər isə müvafiq dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb.


Deputat, həmçinin son günlərdə yağan güclü leysan yağışlarının yaratdığı sel fəsadları nəticəsində zərər çəkmiş ərazilərə və kəndi rayon mərkəzi ilə birləşdirən körpülərə də baxış keçirib.

Mövcud vəziyyətlə bağlı ilkin müzakirələr aparılıb.

143155214315531431556

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA