Modern.az

Digər rayonlarda da Prezidentin səlahiyyətli nümayəndələri olacaq

Digər rayonlarda da Prezidentin səlahiyyətli nümayəndələri olacaq

Parlament

21 İyun 2025, 11:41

“Bu təşəbbüsün həyata keçməsi ilə Naxçıvanda operativ idarətetmə mümkün olacaq. Eyni zamanda hazırda mövcud olan müəyyən çatışmazlıqlar aradan qalxacaq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Naxçıvanla bağlı Prezidentin də sosial-iqtisadi layihələri var ki, onların həyata keçirilməsi bu qanunla daha sürətli həyata keçəcək.

"Bu strukturlar gələcəkdə başqa rayonlarımız üzərində də qurulacağı nəzərdə tutulub. Belə ki, Prezidentin səlahiyyətli nümayəndəlirinin olması gələcəkdə sistemsizlikləri də aradan qaldıracaq", - Komitə sədri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU