Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun dünən axşam həlak olan kapitanı Nizami Vahid oğlu Yolçuzadə bu gün torpağa tapşırılıb.
Modern.az-ın məlumatına görə, hərbi qulluqçu ailəsinin yaşadığı Biləsuvarda Cəbrayıl köçkün qəsəbəsindəki Şəhidlikdə dəfn olunub.
Xatırladaq ki, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb. Hadisə zabitin məzuniyyətdən qayıdandan sonrakı ilk xidmət günündə baş verib.
Nizami Yolçuzadə əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. Onun iki azyaşlı övladı qalıb.
Qeyd edək ki, kapitan Nizami Yolçuzadənin dayısı Zahid Təbriz oğlu Mehdiyev I Qarabağ müharibəsində şəhid olub.
1974-cü il təvəllüdlü Zahid Mehdiyev 30 il öncə bugünkü tarixdə - 19 iyunda (1992-ci il) hərbi xidmətə getmiş və qısa müddət sonra - 3 iyul 1992-ci ildə şəhid olmuşdu.
A.Qorxmaz