Modern.az

Xarici səyyahlar Kəlbəcərdən sonra Laçında - FOTO (YENİLƏNİB)

Xarici səyyahlar Kəlbəcərdən sonra Laçında - FOTO (YENİLƏNİB)

Qarabağ

5 Fevral 2023, 15:36

Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar.

 

Modern.az xəbər verir ki, səyyahlar otuz ilə yaxın müddətdə işğal altında qalan Laçında törədilən dağıntılar barədə məlumatlandırılıb.

 

Bildirilib ki, işğal altında olmuş digər şəhər və rayonlarımız kimi, Laçın rayonu da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir. Səfər zamanı səyyahlar, həmçinin Laçın şəhərində nümunə inşa edilmiş evlərə baxış keçiriblər.

 

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir. Üçgünlük səfər çərçivəsində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın rayonudur.

 

 

***

13:34

 

Beynəlxalq səyyahlar qrupunun Laçına səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

 

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

 

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.

 

***

10:10

 

Beynəlxalq səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuya gəliblər.

 

Modern.az xəbər verir ki, səyyahlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib.

 

 

***

09:38

 

Ondan artıq ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

 

Modern.az xəbər verir ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonun Zülfüqarlı kənd yerləşən İstisu ilə tanış olacaqlar.

 

Qonaqlar ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. 

 

Qeyd edək ki, beynəlxalq səyyahların ötən gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!