Modern.az

BQXK-nın maşınları yenidən Laçın-Xankəndi yolunda 

BQXK-nın maşınları yenidən Laçın-Xankəndi yolunda 

Qarabağ

17 May 2023, 15:14

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar məqsədlər üçün istifadəsinə şərait yaradılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, avtomobillərin keçidi zamanı sənədlər prosedura uyğun olaraq yoxlanılıb.

 

Bundan sonra onların sərbəst şəkildə keçidi üçün şərait yaradılıb.

 

Qeyd edək ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşı Zara Amatuni aprelin 29-dan etibarən təşkilat tərəfindən humanitar daşımaların dayandırdığını deyib. Buna səbəb olaraq isə bəzi prosedur qaydalarının icra edilməsi barədə müzakirələrə ehtiyac olduğunu göstərib.

 

Ermənilər isə iddia edir ki, nəzarət-buraxılış məntəqəsindən humanitar məqsədlər üçün istifadə edilməsinə guya Azərbaycan tərəfi əngəl yaradır. Lakin videodan da göründüyü kimi, Azərbaycan sərhədçiləri BQXK-nın humanitar daşımalarına hər hansı əngəl törətmir, nəzarət-buraxılış məntəqəsində keçid üçün normal şərait yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI