Bu gün Prezident İlham Əliyev Ağdərə, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd yaşayış məntəqələrində səfərdə olub.
Modern.az xəbər verir ki, dövlətimizin başçısı sözügedən yaşayış məntəqələrində Azərbaycan bayrağını dalğalandırıb və Xankəndidə çıxış edib.
Prezident, həmçinin Suqovuşan su anbarının istifadəyə verilməsi mərasimində, Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib, Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olub.
Ali Baş Komandanın tarixi səfərindən fotoları təqdim edirik: