Modern.az

Zəfər xronikası - Ermənistan yenidən atəşkəsi pozub

Zəfər xronikası - Ermənistan yenidən atəşkəsi pozub

Qarabağ

1 Noyabr 2024, 07:44

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin noyabrın 1-nə olan xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

- Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

 

- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.

 

- Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd "Qrad"ı məhv edilib.

 

- Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.

 

- Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.

 

- Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ