Şəhidlər xiyabanında illərdir kimliyi bilinməyən 63 uşaqdan birinin məzarı açılıb.
Modern.az AzTV-yə istinadən xəbər verir ki, aidiyyəti qurumlar Xocalıdan olan beş yaşlı qızın məzarını açıblar.
Bu məzarın kimə aid olmasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal olunan insan qalıqları aşkar edilərək çıxarılıb. Artıq 59 nəfərin kimliyi müəyyənləşdirilərək dəfn edilib.
Lakin itkin olaraq qeydə alınan 4 000 nəfərin taleyi hələ də nagüman olaraq qalır.