Modern.az

Bircə arzum Ağdama qayıtmaq idi

Bircə arzum Ağdama qayıtmaq idi

Qarabağ

25 İyul 2025, 09:22

Çox əzablar çəkdik, amma heç zaman ümidimizi itirmədik. Sevinirəm. Gedib Ağdamı görmək, o torpaqda yaşamaq istəyirəm.

Modern.az xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Nəriman Məmmədov deyib.

N.Məmmədov bildirib ki, yeganə arzusu Ağdama qayıtmaq olub: "Demək olar, bütün arzularıma çatmışdım. Bircə arzum Ağdama qayıtmaq idi. Bilirdik ki, dövlət bu qapını bir gün açacaq. Şükür bu günə. 88 yaşında insan bundan artıq nə istəyər?!"

O, həmçinin belə bir hadisənin gerçəkləşməsində əməyi keçənlərə təşəkkürünü ifadə edib: "Kim bu işdə zəhmət çəkibsə, onlara halal olsun. Mən onlara dua edirəm. Allah Prezidentimizi - Ali Baş Komandanımız İlham Əliyevi qorusun, şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı, şəfa arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış