Modern.az

Xələf Xələfov: Qayıdış milli hədəfdir

Xələf Xələfov: Qayıdış milli hədəfdir

3 Mart 2023, 12:05

Qərbi Azərbaycana qayıdış oradan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının milli hədəfidir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

 

Nazir müavini deyib ki, hazırda Qərbi Azərbaycan İcmasının potensialı çox böyükdür.

 

"İcmanın daha da böyüməsi üçün işlər görülür. Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirmək üçün böyük proses başlayıb. Xarici İşlər Nazirliyi də üzərinə düşən vəzifəni istər beynəlxalq təşkilatlarda, istərsə də hüquqi aspektə yerinə yetirir. Qeyd edək ki, icmanın konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə Qərbi azərbaycanlıların zorla öz yurdlarından qovulması, humanitar böhranın yaranması, törədilən cinayətlər öz əksini tapıb”, - deyə X.Xələfov vurğulayıb.

Bu xəbər ilə bağlı
Qərbi Azərbaycan məsələsi sülh gündəliyində olmalıdır - RƏSMİ
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?