Modern.az

Qərbi Azərbaycan məsələsi sülh gündəliyində olmalıdır - RƏSMİ

Qərbi Azərbaycan məsələsi sülh gündəliyində olmalıdır - RƏSMİ

Qərbi Azərbaycan

3 Mart 2023, 11:59

Qərbi azərbaycanlılar könüllü olaraq geri qayıtmalıdır. Eyni zamanda Qərbi azərbaycanlıların təhlükəsizlik məsələsi də əsas gündəmdədir. Bu zaman Ermənistan öz üzərinə düşən vəzifəni yerinə yetirməli və məsuliyyət daşımalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

"Hesab edirəm ki, Qərbi Azərbaycan məsələsini Azərbaycan və Ermənistan arasında bağlanılacaq sülh müqaviləsinin gündəliyinə əlavə etməliyik. Bundan başqa, biz beynəlxalq təşkilatlar vasitəsilə Qərbi azərbaycanlıların hüquqlarını tam müdafiə edəcəyik. Ermənistan tərəfi onlara dəymiş ziyanı ödəməli, təhlükəsizliyini təmin etməlidir”, - deyə nazir müavini vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir