Modern.az

Prezident hərbçilərə ev tikilməsi üçün 5 milyon manat ayırdı

Prezident hərbçilərə ev tikilməsi üçün 5 milyon manat ayırdı

23 İyun 2010, 23:38

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət, hərbi qulluqçularının sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi barədə sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xidməti mənzillə və mənzil şəraitlərinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində yaşayış evlərinin tikintisini həyata keçirmək məqsədi ilə Azərbaycan respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılsın. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI