Modern.az

İqtisadi İnkişaf Nazirliyi 6 min müraciəti cavablandırmalı olub

İqtisadi İnkişaf Nazirliyi 6 min müraciəti cavablandırmalı olub

18 Yanvar 2011, 17:21

İqtisadi İnkişaf Nazirliyinə güzəştli kreditlərin verilməsi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 2010-cu ildə 6000 minə yaxın müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 2010-cu ilin təkcə dekabr ayında 350-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.

Mətbuat xidmətindən o da bildirlib ki, daxil olmuş müraciətlər cavablandırılıb, şikayət  xarakterli müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti  qurumlar  tərəfindən müəyyən olunmuş müddətdə baxılaraq müraciətçilərə məlumat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi