Modern.az

Yaponlar Azərbaycanda seysmologiya işinin inkişaf etdiyini deyirlər

Yaponlar Azərbaycanda seysmologiya işinin inkişaf etdiyini deyirlər

6 Sentyabr 2012, 11:01


Yaponiyanın  OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı stansiyasında olublar. Bu barədə Modern.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli yaponiyalı seysmoloqlara stansiyanın işi barəsində ətraflı məlumat verib. Qonaqlara bildirilib ki, Mərkəzin hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 31 telemetrik peyk rabitəsi ilə işləyən stansiyalarından gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir. Stansiyanın işi ilə yaxından tanış olan OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivara AMEA RSXM-də aparılan işləri yüksək qiymətləndirib.

“Azərbaycanda həqiqətən də seysmoloji tədqiqatlar çox yüksək səviyyədə  aparılır”- deyən qonaq Azərbaycanda seysmologiyaya dair tədqiqatların ən müasir avadanlıqlarla aparılmasını müsbət hadisə adlandırıb. Onun sözlərinə görə, bu sahədə Azərbaycan seysmoloqları nəinki MDB məkanındakı ölkələr, dünyanın əksər ölkələrindən də öndədirlər. Yaponiya seysmoloqlarında Azərbaycanda aparılan işlərin maraq doğurduğunu deyən qonaq ikitəfli əməkdaşlığı inkişafının hər iki ölkə üçün səmərəli olacağına əminliyini ifadə edib.   

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI