Modern.az

“Hüquq fakültəsini seçəcəm” - Maksimum bal toplayan ŞAGİRD

“Hüquq fakültəsini seçəcəm” - Maksimum bal toplayan ŞAGİRD

Təhsil

1 Aprel 2022, 17:13

"Buraxılış imtahanlarına ciddi hazırlaşdım, başdansovdu etmədim". 

 

Bu sözləri Modern.az-a açıqlamasında buraxılış imtahanlarında maksimal nəticə göstərən məktəbli Nəcməddin Orucov deyib. O, Bakı şəhəri 286 saylı orta məktəbin məzunu olduğunu bildirib:

 

"Müəllimlərimə çox təşəkkür edirəm. Həqiqətən imtahana hazırlaşanda onların dəstəyini hiss etdim. Ailəm, sevdiklərim hər zaman yanımda oldular. Ailəm məni heç vaxt sıxmır, yüksək bal toplamalısan deyə şərt qoymur. Atam fərdi əməklə məşğuldur, anam evdar qadındır. Bununla belə mənim yaxşı təhsil almağım üçün daim çalışırlar. Onlara təşəkkürümü bildirirəm". 

 

Nəcməddin qəbul imtahanlarında üçüncü ixtisas qrupuna hazırlaşdığını söyləyib:

 

"Hüquqşünas olmaq istəyirəm, fikrim Bakı Dövlət Universitetinin Hüquq fakültəsidir. Bu, əvvəldən arzum idi. Qəbul imtahanlarında yüksək bal toplasam, arzumu reallaşdıracağam". 


Maksimal nəticə göstərən şagird digər məzunlara daha çox çalışmağı məsləhət görüb:

 

"Yüksək nəticə göstərməyin sirri çox çalışmaqdır. Sistemli və aktiv olsalar, çox oxusalar, yaxşı nəticə əldə edə bilərlər. Həmyaşıdlarıma tövsiyəm odur ki, çox oxusunlar". 


Qeyd edək ki, 5 və 6 mart tarixində keçirilmiş buraxılış imtahanında 2 nəfər - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu maksimal olan 300 bal toplayıb. Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.

 

Həmçinin oxuyun:

Rekordçu MƏZUN: “Çox çalışırdım, əziyyətimə dəydi”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi