Modern.az

Zaqatalada məscid sökülüb? - Dini Komitə AÇIQLAMA verdi

Zaqatalada məscid sökülüb? - Dini Komitə AÇIQLAMA verdi

1 Mart 2013, 16:23



Zaqatalada məscidlərin söklüb yerində başqa təyinatlı obyekt tikilməsi ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən cavab gəlib.
Qurumun mətbuat xidmətinin rəhbəri Orxan Əli bununla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Zaqatalada zəlzələdən sonra bütün tikililər, binalar kimi məscidlər də ziyan görüb.

“Burada müxtəlif zərərlərdən söhbət gedir. Elə obyektlər var ki, onlar tamamilə yenidən tikilir. Eləsi də var ki, təmir işləri aparılır. Məscidlər də bu qəbildəndir. Elə məscid var ki, ciddi ziyan dəyib. Həmin məscidlər də yenidən tikilir. Sökülən məscidlərin yerində başqa təyinatlı obyektlərin tikilməsindən söhbət gedə bilməz. Bu, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nəzarətindədir. Ona görə də bu məsələdən ötrü narahatlıq keçirməyə dəyməz”-deyə o, vurğulayıb.

Xatırladaq ki, Zaqatalanın Faldarlı kəndindəki məscidin sökülərək onun yerində oyun meydançası tikilməsi ilə bağlı mətbuatda xəbərlər yer alır.

Aqşin Kərimov


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza