Modern.az

I qrupda 28 nəfər 400 bal toplayıb

I qrupda 28 nəfər 400 bal toplayıb

Təhsil

3 Avqust 2022, 16:40

Qəbul imtahanında I ixtisas qrupu üzrə 28 nəfər ən yüksək nəticə (400 bal) göstərib.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat evrilib.

 

Bildirilib ki, imtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

 

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

 

İmtahanlarda 400 bal toplayan şagirdlərin oxuduqları məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI