Modern.az

Bakıda şagird qoçuluq etdi - İki nazirlik araşdırmalara başladı

Bakıda şagird qoçuluq etdi - İki nazirlik araşdırmalara başladı

Təhsil

4 Oktyabr 2022, 09:06

Elm və Təhsil Nazirliyi Bakı şəhərində yerləşən 112 saylı orta məktəbdə şagirdlər arasında baş verən dava ilə bağlı açıqlama verib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma başladılıb.

 

“Hazırda şagirdlər arasında xoşagəlməz hadisənin yaşandığı məktəblə bağlı araşdırma aparılır. Direktor və sinif rəhbərilə əlaqə saxlanılıb. Araşdırma nəticəsi olaraq, ictimaiyyətə məlumat veriləcək”, - nazirlikdən deyiblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a faktla bağlı polis tərəfindən araşdırmalara başlanıldığı bildirilib. Diqqətə çatdırılıb ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: "Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".

 

Qeyd edək ki, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı