Modern.az

Olimpiadada fərqlənən müəllimlər təltif olunub

Olimpiadada fərqlənən müəllimlər təltif olunub

4 Oktyabr 2022, 14:54

Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” və “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncamlar imzalayıb.

 

Modern.az xəbər verir ki, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən üç təhsil işçisi “Əməkdar müəllim” fəxri adına, səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.

 

“Əməkdar müəllim” fəxri adı verilənlər:

 

Kərimov Nazim Baxış oğlu

Qarayev Fuad Abdurahman oğlu

Quliyev Rafiq Meyxoş oğlu.

 

“Tərəqqi” medalı ilə təltif edilənlər:

 

Abdullayev Elşad Tofiq oğlu

Əsədov Xəmməd Əsəd oğlu

Hüseynov İslam Əhməd oğlu

Qədməliyev Rəşadət Nüsrəddin oğlu

Məmmədov Namiq Eldar oğlu

Seyidzadə Etibar Vaqif oğlu

Səlimov Rəşad Allahverdi oğlu

Sərkərli Mahir Sədaqət oğlu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır