Modern.az

Hazırda 37 məktəbdə istilik yoxdur

Hazırda 37 məktəbdə istilik yoxdur

Təhsil

15 Noyabr 2022, 11:38

Mövsümdən öncə tərəfimizdən Cəmiyyətin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəsisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. 

 

Modern.az-ın məlumatına görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı jurnalistlərə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

 

O bildirib ki, problemlərlə  bağlı aidiyyatı qurumlara müvafiq məlumat verilib: 


"Təəssüf ki, hazırda  191 yaşayış binası, 19  təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb. "Azəristiliktəchizat" ASC-nin məsul şəxsləri  Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilməkdədir". 

 

İ.Mirzəliyev qeyd edib ki, ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8%-i "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxanalar vasitəsi ilə həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi