Modern.az

Əli Əsədov bu məktəblərlə bağlı ƏMR İMZALADI

Əli Əsədov bu məktəblərlə bağlı ƏMR İMZALADI

Təhsil

22 Noyabr 2022, 18:00

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 

Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:

 

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

 

- İnternat tipli lisey;

 

- İnternat tipli gimnaziya;

 

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

 

- İnteqrasiya təlimli ümumtəhsil məktəbi;

 

- Xüsusi ümumtəhsil məktəbi;

 

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi.

 

Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:

 

- Ümumtəhsil internat məktəbi;

 

- İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

 

- İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

 

- Xüsusi məktəb;

 

- Xüsusi internat məktəbi;

 

- İnteqrasiya təlimli internat tipli gimnaziya;

 

- Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI