Modern.az

Bir gün dərsə gəlməmək 10 manatdır - Direktorun səs yazısı

Bir gün dərsə gəlməmək 10 manatdır - Direktorun səs yazısı

29 Noyabr 2022, 13:12

Azərbaycanda daha bir məktəb direktorunun səs yazısı yayılıb.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Ağsunun Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib.

 

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov Lent.az-a açıqlamasında bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:

 

"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək". 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi