Modern.az

Doktoranturaya sənəd qəbulu BAŞLADI

Doktoranturaya sənəd qəbulu BAŞLADI

Təhsil

1 Fevral 2023, 08:06

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

 

Modern.az xəbər verir ki, proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

 

Proqrama müraciət 1 fevral - 1 aprel 2023-cü il tarixlərini əhatə edəcək.

 

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!