Modern.az

Zaqatalada yeni direktor təyinatı etirazla qarşılandı - FOTOLAR

Zaqatalada yeni direktor təyinatı etirazla qarşılandı - FOTOLAR

20 Fevral 2023, 10:40

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzfəsindən azad edilməsini tələb edirlər.

 

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

 

Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Zaqatala şəhər şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd tam orta məktəbində direktor işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub