Modern.az

Məktəbdə direktorla müəllim arasında insident - VİDEO

Məktəbdə direktorla müəllim arasında insident - VİDEO

25 Fevral 2023, 11:42

Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Məktəbin direktoru Üzeyir Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

 

Hadisənin dərs saatına görə baş verdiyi ehtimal olunur.

 

Məktəbin direktoru müəllimin ittihamlarını qəbul etməyərək ona şər atıldığını bildirib. Daha sonra müəlllim direktoru söhbət etmək üçün həyətə çağırıb. 

 

Məsələ ilə Şirvan-Salyan Təhsil İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə araşdırılır: “Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır