Modern.az

Deputat Emin Əmrullayevə səsləndi - “Dövlətin vəsaiti havaya sovruldu”

Deputat Emin Əmrullayevə səsləndi - “Dövlətin vəsaiti havaya sovruldu”

17 Mart 2023, 17:01

“Millətin gələcəyi elm və təhsillə bağlıdır. Kəndlərdə ən müasir məktəblər tikilib. Amma təhsilimizin keyfiyyəti aşağı düşdükcə, cəmiyyətdə cəhalət, xürafat və radikalizm artır”.

 

Modern.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

M.Qasımlı bildirib ki, bu məsələyə təhsilin bütün pillələrində diqqət yetirməliyik:

 

“Elm və təhsil naziri Emin Əmrullayev buradadır. Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir