Modern.az

“Bizə hədə-qorxu gəlir” - Qalmaqallı video yayılan məktəbdən açıqlama

“Bizə hədə-qorxu gəlir” - Qalmaqallı video yayılan məktəbdən açıqlama

31 Mart 2023, 10:54

Sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib.

 

Modern.az xəbər verir ki, bu barədə 3 nömrəli tam orta məktəbin açıqlamasında bildirilir.

 

Məlumatda bildirilib ki, işdən azad edilməsinə baxmayaraq, həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur:

 

"Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.

 

Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

 

Xatırladaq ki, Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla müəllimlər arasında mübahisə yaşanıb. Məlumata görə, məktəbin direktoru qapıları bağlatdıraraq, bir qrup müəllim və işçinin içəri daxil olmasına icazə verməyib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Bu xəbər ilə bağlı
Direktor müəllimləri məktəbə buraxmadı - VİDEO
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır