Martın 12-də keçirilmiş buraxılış imtahanında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.
Ümumilikdə isə buraxılış imtahanlarında maksimum nəticə (300 bal) qeydə alınmayıb.