Modern.az

Nazirdən etiraf - Buraxılış siniflərində davamiyyət aşağıdır

Nazirdən etiraf - Buraxılış siniflərində davamiyyət aşağıdır

Təhsil

27 Aprel 2023, 17:24

“Son illərdə apardığımız monitorinqlər göstərir ki, buraxılış siniflərində davamiyyət müəyyən mənada aşağı olur”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür.

 

“Məktəblər 11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar dərsə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez keçirilməsinə gəldikdə isə, Dövlət İmtahan Mərkəzinə açıq sualları yoxlayıb çatdırmaq üçün vaxt lazımdır. Dünya təcrübəsində də bu var”, - deyə nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi