Modern.az

8 min müəllim eyni vaxtda imtahan verəcək

8 min müəllim eyni vaxtda imtahan verəcək

Təhsil

16 May 2023, 16:20

Bu il 8 min müəllim eyni vaxtda imtahan verəcək.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

 

"31 imtahan mərkəzində imtahan keçiriləcək. Hazırda 4 müəllimdən biri müsabiqə əsasında işləyir. İbtidai sinif müəllimləri istisna olmayaraq, hamı bir seansda imtahan verəcək. Bu da çətin və asan sual məsələsini aradan qaldıracaq", - nazir deyib.

 

Qeyd olunub ki, gələn həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var