Modern.az

Tədris üçün ən optimal vaxt 1 sentyabr - 30 maydır - EKSPERT

Tədris üçün ən optimal vaxt 1 sentyabr - 30 maydır - EKSPERT

Təhsil

17 May 2023, 17:28

1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirmək, "havanın temperaturu eynidir" demək boş və absurd fikirdir. 

 

Modern.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

 

O, tədris müddətinin sentyabrın 1-də başlaması təklifini dəstəklədiyini deyib.

 

 "Birincisi, ona görə ki, 1-15 sentyabrda havanın temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur, bu da dərsə getmək üçün daha əlverişlidir. Amma 1-14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur", - ekspert vurğulayıb.

 

 

Kamran Əsədovun fikrincə, tədris ilinin müddəti üçün ən optimal vaxt 1 sentyabr - 30 may aralığıdır:

 

"1-15 sentyabr təsirin başlaması üçündür. Yəni şagirdlər dərsə başlayır, enerjil və həvəslidirlər. 1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar, əlavə olunan vaxt isə onlara əlavə yükdür.  Düşünürəm ki, tədris ilinin ən optimal müddəti 1 sentyabr-30 maydır. Bu daha effektiv olar".

 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi mətbuat konfransında tədbir ilinin müddətinin dəyişdirilməsi təklifinə müsbət yanaşmadığını deyib.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!