Modern.az

Magistraturada ən yüksək balı o TOPLAYIB

Magistraturada ən yüksək balı o TOPLAYIB

13 İyun 2023, 17:23

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini açıqlayıb. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal təşkil edib.

 

Modern.az xəbər verir ki, 99 bal toplayan şəxs Bakı Ali Neft Məktəbinin məzunu Abiyev Anar Mərhəmət oğludur.

 

Qeyd edək ki, qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI