Modern.az

İmtahanın nəticələri bu tarixdə elan olunacaq

İmtahanın nəticələri bu tarixdə elan olunacaq

Təhsil

8 İyul 2023, 15:14

III ixtisas qrupu üzrə imtahanın nəticələri 2 həftə ərzində elan olunacaq.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, iyulun 8-də DİM tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək