Modern.az

Təbrizli tələbə qız HƏBS OLUNDU

Təbrizli tələbə qız HƏBS OLUNDU

Təhsil

7 Noyabr 2023, 08:18

Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, təhlükəsizlik qüvvələri Pərəstu Fəridini atasının evində həbs edib, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.

 

Qeyd edək ki, tələbə qızın həbs edilməsinin səbəbi barədə heç bir açıqlama verilməyib.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu