Modern.az

Təhsil İdarəsi qətlə yetirilən direktorla bağlı məlumat yaydı

Təhsil İdarəsi qətlə yetirilən direktorla bağlı məlumat yaydı

Təhsil

13 Fevral 2024, 18:08

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oğlu tərəfindən qətlə yetirilən məktəb direktoru ilə bağlı məlumat yayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İdarənin sosial media hesabında paylaşım edilib.

 

Bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsimin rəhbərliyi və kollektivi paytaxtdakı 59 nömrəli tam orta məktəbin direktoru Əhmədova Pikə Bədəl qızının faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir.

 

Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi